İtaliyanın “Napoli” klubu yanvarda “Mançester Yunaytəd”in 20 yaşlı yarımmüdafiəçisi Kobbi Mainonu icarəyə götürməyi planlaşdırır.Sport1.az xəbər verir ki, futbolçu mövsümün əvvəlindən narazıdır və Tomas Tuxelin İngiltərə yığmasını dünya çempionatı üçün heyətinə qatmaq məqsədilə özünü sübut etmək istəyir.
Daha əvvəl Kobbi Meynonu “Real” və “Atletiko” klublarının da izlədiyi bildirilib.
Bu mövsüm “Mançester Yunaytəd”in yarımmüdafiəçisi bütün turnirlərdə beş matçda meydana çıxıb və bir məhsuldar ötürmə edib. Mainonun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. “Transfermarkt”ın məlumatına görə, onun bazar dəyəri 50 milyon avrodur.
Sport1.az