Misli Premyer Liqasının VII turunda "Sumqayıt" doğma meydanda "Turan Tovuz"a məğlub oldu - 0:3Qarşılaşmadan sonra "kimyaçılar"ın yarımmüdafiəçisi Roy Kehat oyun haqda fikirlərini
Sport1.az-a açıqladı:
"Qəmginik. Məğlub olduq. Şansları qaçırdıq. Sonluq gətirə bilmədik. Səhvlərdən nəticə çıxarıb növbəti oyunlara hazırlaşacağıq".33 yaşlı futbolçu ardıcıl 3 oyun qələbəsiz qalmağı belə izah etdi:
"Çox çətindir. Momentumu dəyişməyi öyrənməliyik. Milli arada üzərimizdə çalışıb bu səhvləri aradan qaldırmalıyıq".MİKAYIL HACIYEV
Sport1.az