“Bavariya” dekabrda qapıçı və kapitan Manuel Noyerlə onun klubdakı gələcəyi ilə bağlı mümkün addımları müəyyən etmək üçün danışıqlar aparmağı planlaşdırır. Fransa millisinin hücumçusu Kilian Mbappe İslandiya ilə qarşılaşmanı qaçıracaq.
Sport1.az xəbər verir ki, təcrübəli qapıçının müqaviləsinin 2026-cı ildən sonra uzadılması Aleksandr Nübelin taleyinə birbaşa təsir göstərə bilər – Noyer qalsa, Münhen təmsilçisi gənc qapıçını satmağı düşünə bilər.
Noyer bu mövsüm bütün yarışlarda səkkiz oyun keçirib və üç oyunda qapısını toxunulmaz saxlayıb. Onun hazırda 39 yaşı var və klubla müqaviləsi bu mövsümün sonunda başa çatır.
Sport1.az