2026-cı il Dünya Çempionatının Avropa bölgəsi üzrə seçmə mərhələsində III turun oyunları keçirilib.Sport1.azxəbər verir ki, E qrupunda mübarizə aparan Türkiyə doğma meydanda Bolqarıstanı məğlub edib - 6:1
Qarşılaşmadan sonra Arda Gülər oyun haqda bunları söylədi:
"Bu tarixi gecəni yaşadığımız üçün komandamız xoşbəxtdir. Baş məşqçimizin istədiyini verdik. Öz performansıma görə də qürur duyuram. Hakanın da 100-cü oyunu idi. Onun kapitanlığı ilə oynamaqdan məmnunuq. Xalqımıza xoşbəxtliklər yaşatmağa davam edəcəyik".
Sport1.az