“Arsenal” gələn qış hücumçuları Qabriel Jezus və Leandro Trossardı, eləcə də müdafiəçi Oleksandr Zinçenkonu satmağı planlaşdırır.Sport1.az xəbər verir ki, yerli nəşrlərin məlumatına görə, London klubu Zinçenkonun cari mövsümün sonuna kimi “Nottinqem Forest”də icarəyə götürülməsinə baxmayaraq, onu yanvarda sata bilər. Müdafiəçi başqa komandaya keçə bilərdi.
Trossard da son maaş artımına baxmayaraq, Topçuları tərk etməyə açıqdır.
“Arsenal”ın adları çəkilən futbolçulardan heç birini “qovmaq” niyyətində olmadığı, lakin onlar üçün təklif daxil olacağı təqdirdə bu təklifləri nəzərdən keçirəcəyi vurğulanır.
Sport1.az