Misli Premyer Liqasının VII turunda "Zirə" evdə "Neftçi" ilə 2:2 hesablı heç-heçəyə razılaşdı.Qarşılaşmadan sonra qəsəbə təmsilçisinin yarımmüdafiəçisi Brahim Konate görüş haqda fikirlərini
Sport1.az-a açıqladı:
"Yaxşı oyun keçdi. İlk hissədə üstünlüyü ələ alsaq da, rəqib ikinci yarıda tarazlığı bərpa etdi. Sonlara doğru dramatik oyun keçdi. Maraqlı matç idi".
29 yaşlı oyunçu rəqib haqda bunları söylədi:
"Neftçi"nin çox güclü heyəti var. Biz sadəcə "kağız üzərində" favorit ola bilərik. Bu qarşılaşmada da çətinlik çəkdik. Bu mövsüm məğlubiyyətsiz davam edirik. Ən vacibi budur".
Fransalı futbolçu nəticədən razı qaldığını qeyd etdi:
"Rəqibimizin yaxşı oyunçuları var. Biz bir-birimizlə əzəli rəqibik. Əlbəttə ki, belə oyunda bu nəticəni almaq bizim üçün yaxşıdır".
MİKAYIL HACIYEV
Sport1.az