Fransa millisinin hücumçusu Kilian Mbappe İslandiya ilə qarşılaşmanı qaçıracaq.Sport1.az xəbər verir ki, 26 yaşlı futbolçu Azərbaycan millisinə qarşı oynadığı qarşılaşmada zədələnərək meydanı tərk etmişdi.
Ayaq biləyində narahatlıq hiss edən oyunçu "Real Madrid"in kampına qayıdacaq. Həkim proqnozundan sonra zədənin nə qədər ciddi olduğu müəyyənləşəcək.
Sport1.az