Misli Premyer Liqasının VI turunda "Kəpəz" "Turan Tovuz"un qonağı oldu.Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatdı.
Matçdan sonra qonaqların futbolçusu Əli Səmədov oyun haqda fikirlərini
Sport1.az-a söylədi:
"İlk 30 dəqiqə yaxşı oynadıq. Epizodlarımız da oldu. Lakin qapımıza gələn ilk təhlükəli vəziyyətdə qol buraxdıq. Bundan sonra toparlana bilmədik. Gözümüzü açdıq bir də gördük 2-ci qolu buraxmışıq. Gözlənilməz nəticə oldu".28 yaşlı yarımmüdafiəçi Adil Şükürovun istefasının komanda oyununa təsiri haqda bunları səsləndirdi:
"İlk qola qədər yaxşı oynadıq. Səhvlərimiz çox oldu. Premyer Liqada bağışlanmayacaq səhvlərə yola verdik. Rəqibimiz də güclü olduğundan bu vəziyyəti dəyərləndirdi. Elə də böyük fərq görmədim".Futbolçu komandanın əsas zəifliyini müdafiədə olduğunu düşünür:
"Müdafiə olunarkən çətinlik çəkirik. Epizodlarımızdan yararlana bilmirik. "Turan Tovuz" isə əllərinə düşən fürsəti dəyərləndirirdi"."99 nömrə" Tovuz təmsilçisinin əsas üstün olduğu məqamı belə izah etdi:
"Rəqibin standart vəziyyətlərdən və hava toplarından güclü olduğunu əvvəldən analiz etmişdik. Bu günkü oyunda da şahidi olduq ki, onlar bu gün iki qolu havadan vurdular".
MİKAYIL HACIYEV
Sport1.az