“Bavariya” “Nottinqem Forest”in mərkəz müdafiəçisi Murillonu hədəfləyir. 23 yaşlı futbolçu ilə “Çelsi” də maraqlanır.Sport1.az xəbər verir ki, mənbənin məlumatına görə, futbolçunun qiyməti 55 milyon avrodur. Bu o deməkdir ki, alman nəhəngləri Murillonu almaq üçün ilk növbədə öz oyunçularını satmalı olacaqlar.
“Real”ın daha əvvəl braziliyalı müdafiəçini transfer etməyə çalışdığı vurğulanır.
Futbolçu 2023-cü ilin yayından ingilis klubunda çıxış edir. Bu mövsüm Murillo bütün turnirlərdə 5 oyun keçirib, lakin qol vurmayıb. Onun klubla müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Sport1.az