Braziliya millisinin və "Real"ın hücumçusu Vinisius Junior baş məşqçi Karlo Ançelotti ilə bağlı açıqlama edib.Sport1.az xəbər verir ki, 25 yaşlı oyunçu italiyalı mütəxəssisin ona verdiyi töhfədən danışıb:
"Karlo, mənə ən çox özgüvən verən menecerdir. Bir yerdə işlədiyim ən yaxşı baş məşqçidir. Onunla birgə işləməyin nəticəsi açıq-aşkar məlumdur. Belə davam edərək Dünya Çempionatında möhtəşən oyun göstərmək istəyirik".
Qeyd edək ki, Vinisius və Karlo Ançelotti həm "Real"da həm də Braziliya milli komandasında bir yerdə çıxış ediblər.
Sport1.az