“Roma”nın baş məşqçisi Can Pyero Qasperini ukraynalı hücumçu Artem Dovbıkın çıxışını dəyərləndirib.Sport1.az xəbər verir ki, italiyalı mütəxəssis futbolçunun son vaxtlar yaxşı formaya düşdüyünü bildirib:
“Mən Dovbıkin, xüsusən də fiziki hazırlıq baxımından irəliləyişini görürəm. Bu, çox vacibdir, çünki o, həm fiziki, həm də texniki cəhətdən güclü oyunçudur və ən yüksək səviyyədə olmaq üçün ideal formada olmalıdır”, – deyə Qasperini açıqlamasında bildirib.
Təcrübəli çalışdırıcı əlavə edib ki, komanda Dovbıkin potensialından maksimum yararlanmaq üçün xüsusi proqram üzərində işləyir:
“Onun qabiliyyətlərindən tam istifadə etmək üçün Dovbıki pik formaya çatdırmaq istəyirəm. Bu istiqamətdə çalışırıq. O, “Fiorentina”ya qarşı yaxşı oyun sərgilədi. Biz ona daha çox inam və aidiyyət hissi aşılamağa çalışmalıyıq. O, komandanın ona güvəndiyini hiss etməlidir.”
A Seriyasının cari mövsümündə Dovbık “Roma”nın heyətində 5 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az