"Mançester Yunayted" "Nyukasl"ın 25 yaşlı yarımmüdafiəçisi Sandro Tonali ilə maraqlanır.Sport1.az yerli nəşrlərə istinadən xəbər verir ki, italiyalı futbolçu ilə həmçinin "Milan" və "Yuventus" da maraqlanır. Mənbənin məlumatına görə, "Qoca sinyora" Tonalini transfer etməkdə ən israrlı klubdur, lakin oyunçunun yüksək maaşı keçidi çətinləşdirə bilər. Hazırda Tonali "Nyukasl"da illik 7 milyon avro sabit maaş və əlavə 2 milyon avro bonus qazanır.
Bu mövsüm o, bütün turnirlərdə 9 oyuna çıxıb və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt"ın məlumatına əsasən, onun bazar dəyəri 60 milyon avrodur.
Sport1.az