Misli Premyer Liqasında V turunda “Sabah” doğma meydanda “Turan Tovuz”u məğlub etdi - 2:0Qarşılaşmadan sonra qonaqların müdafiəçisi Enrike Silva görüş haqda fikirlərini
Sport1.az-a açıqladı:
“Sabah”ın güclü komanda olduğunu bilirik. Onlara qarşı oynamaq çətindir. Bu məğlubiyyətimizdən nəticə çıxarıb növbəti qarşılaşmalara yaxşı hazırlaşmalıyıq".
Braziliyalı futbolçu qərb təmsilçisinin qeydə alınmayan qolu haqda da fikirlərini səsləndirdi:
“Açığı epizodu tam görə bilmədim. Lakin azarkeşlər oyundan kənar vəziyyətin olmadığını bildirirlər. Məncə, bunu yaddan çıxarmalıyıq. Sonrakı oyunlara fokuslanmalıyıq".
MİKAYIL HACIYEV
Sport1.az