Oktyabrın 13-dən 19-dək Qazaxıstanın Almatı şəhərində keçiriləcək ATP-250 turnirinin əsas püşkatma mərasimi başa çatıb.Sport1.az xəbər verir ki, turnirdə iki rusiyalı tennisçi – Karen Xaçanov (birinci sıra) və Daniil Medvedev (ikinci sıra) mübarizə aparacaq. Hər ikisi birinci raunddan keçəcək və yarışa ikinci turdan başlayacaq.
Potensial dörddəbir final cütlükləri:
Karen Xaçanov (Rusiya, 1) – Korentin Moutet (Fransa, 8)
Luçano Darderi (İtaliya, 4) – Aleks Mişelsen (ABŞ, 6)
Qabriel Diallo (Kanada, 7) – Flavio Kobolli (İtaliya, 3)
Brendon Nakaşima (ABŞ, 5) – Daniil Medvedev (Rusiya, 2)
Qeyd edək ki, Almatıda keçirilən turnirin hazırkı çempionu Karen Xaçanovdur.
Sport1.az