“Mançester Yunayted”in idarə heyəti yeni müdafiəçi, yarımmüdafiəçi və sağ cinah müdafiəçisi axtarır. Klub bu qış həmin vəzifələri doldurmağa çalışacaq.
Sport1.az xəbər verir ki, “Mançester Yunayted”in rəhbərləri baş məşqçi Ruben Amorimə etibar etməkdə davam edir və ona lazım olan futbolçuları almağa hazırdırlar. Vurğulanıb ki, “qırmızı şeytanlar” yanvarda dayaq yarımmüdafiəçisi transfer etməyi zəruri hesab edir, çünki akademiya məzunu Kobbi Meynonun klubu tərk etmə ehtimalı var. O, ya daimi, ya da icarə əsasında başqa komandaya keçə bilər.
Sport1.az