Misli Premyer Liqasının V turunda “Qarabağ” səfərdə “Araz-Naxçıvan”ı məğlub etdi – 5:0.Matçdan sonra “köhlən atlar”ın hücumçusu Musa Qurbanlı
Sport1.az-a müsahibə verdi....
-
Darmadağında qalib gəldiyiniz oyun haqda fikirləriniz maraqlıdır...- “Araz Naxçıvan” güclü komandadır. Turnir cədvəlinin lideri idilər. Bu qarşılaşmanın asan olmayacağını öncədən bilirdik. Rəqibin oyunun əvvəlində qırmızı vərəqə alması, penalti qazanmağımız işimizi asanlaşdırdı.
-
Qarşılaşmadan öncə böyükhesablı qələbə gözləyirdiniz?- Xeyr! Oyundan öncə hesab haqda düşünmürük. Tək hədəfimiz qələbə qazanmaq olur.
-
"Qarabağ" Ramil Şeydayevin transferini açıqladı. Onun gəlişi ilə hücum xəttində olan rəqabətin gücləndiyini söyləyə bilərik?- Ramil daha öncə də bizimlə oynayıb. Bir yerdə böyük uğurlar qazanmışıq. Şəxsi münasibətlərimiz də yaxşıdır. Hamımız onun xətrini çox istəyirik. Düşünürəm ki, Ramil üçün də bu keçid uğurlu olacaq.
-
“Benfika” üzərində qazanılan qələbədən sonra bu oyuna çıxmaq çətin olmadı?- Çox böyük fərq var idi. Atmosfer ayrı idi. İstər otun keyfiyyəti baxımından, istərsə də oyun sürəti baxımından ciddi fərqlər var idi. Hər iki çempionat da bizim üçün çox önəmlidir.
-
Lissabonda qazandığınız tarixi qələbə Avropada da sosial şəbəkələrdə gündəm idi. Yəqin ki, sizin də qarşısınıza çıxanlar olub. Həmin paylaşımları oxuyanda hansı hissləri keçirirdiniz?- Dünya futbolunun bir nömrəli arenasında ölkəmizi və bayrağımızı bu cür təmsil etmək çox qürurvericidir. Heç kimin gözləmədiyi anda qələbə qazanaraq bütün dünyada ölkəmizi tanıtdıq.
-
Həmişə Türkiyə futbolunu bizə örnək kimi göstərirdilər. İndi isə tam əksini görürük...- Kimlərəsə örnək ola bilmək bizim üçün xoşdur. Hamısı işimizə peşəkar yanaşmağımızın nəticəsidir.
MİKAYIL HACIYEV
Sport1.az