Serbiya millisinin hücumçusu Duşan Vlahoviç gələn il “Yuventus”dan “Bavariya”ya keçə bilər.Sport1.az xəbər verir ki, insayder Fabrizio Romanonun məlumatına görə, Münhen klubu futbolçunun vəziyyətini diqqətlə izləyir və 2026-cı ilin yayında onu pulsuz transfer etmək imkanlarını nəzərdən keçirir.
Duşan Vlahoviçin “Yuventus”la müqaviləsi cari mövsümün sonunda başa çatır. FİFA qaydalarına əsasən, müqaviləsinin bitməsinə 6 ay qalmış (2026-cı ilin yanvarından etibarən) futbolçu yayda istənilən klubla azad transfer barədə danışıqlar aparmaq hüququna malikdir.
Mənbənin məlumatına görə, Vlahoviçlə “Yuventus” arasında yeni müqavilə imzalanmayıb. "Transfermarkt"ın məlumatına əsasən, serb forvard 22,2 milyon avro illik gəlirlə A Seriyasının ən çox maaş alan oyunçusudur.
Sport1.az