Dünya Çempionatının seçmə mərhələsində Almaniya - Lüksemburq (4:0) qarşılaşmasından sonra meydan sahiblərinin baş məşqçisi Yuliyan Naggelsmann açıqlama verib.Sport1.az xəbər verir ki, 38 yaşlı mütəxəssis açıqlamasında Florian Virtzi müdafiə etdi:
"O fərqlənməsə belə, Premyer Liqada ən çox qol şansı yaradan futbolçudur. Əgər komanda yoldaşları bu imkanları qaçırırsa, bu Florianın günahı deyil. Statistikalar oyunçunun oyununa kölgə salır. Onu meydanda çox rahat görürəm. Nələrə qadir olduğunu və işlərin necə getdiyini yaxşı anlayır. Hər dəfəsində bəxt onun üzünə gülmür. Yenə də üzərində çalışaraq töhfələr verməyə davam edəcək".
Sport1.az