"İmişli" heyətini daha bir futbolçu ilə gücləndirib.Sport1.az-a daxil olan məlumata görə, bölgə təmsilçisi Edvin Banqera ilə anlaşıb.
Sol cinah müdafiəçisi artıq paytaxta təşrif buyurub.
Qeyd edək ki, 29 yaşlı kolumbiyalı karyerasına ölkəsində başlayıb. "Amerika de Kali"nin yetirməsi "Salqeyruş", "Jil Visente", "Kovilya", "Felqeyraş", "Mafra" kimi klublarda çıxış edib.
Banqera karyerası ərzində 121 matçda 4 qol vurub, 11 məhsuldar ötürmə edib.
Sport1.az