2025/2026 mövsümündən elitada mübarizə aparacaq “İmişli” növbəti transferini reallaşdırıb.
Sport1.az-ın əldə etdiyi məlumata görə, portuqaliyalı Dioqo Almeyda yeni mövsümdən bölgə təmsilçisində çıxış edəcək. 24 yaşlı hücumçunun bu gün axşam saatlarında Bakıda olması gözlənilir.
Qeyd edək ki, peşəkar karyerası ərzində yalnız ölkəsində çıxış edən forvard indiyə qədər "Pasuş di Fereyra", "Benfika"nın B komandası, "Sportinq Kuvilya" və "Mafra"da çıxış edib.
Sport1.az