"Qarabağ" yeni mövsüm üçün üçüncü transferini reallaşdırıb.
Sport1.az xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Portuqaliyanın “Mafra” klubu ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Kris Kuaku heyətə cəlb olunub.
Klubla Fil Dişi Sahilindən olan 25 yaşlı futbolçu arasında 2+2 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 6 nömrəli forma ilə çıxış edəcək.
Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtyulland”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.
Qeyd edək ki, Ağdam təmsilçisi bunadək daha iki futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.
Sport1.az