Rumıniyanın “Dinamo” klubunda çıxış edən müdafiəçi Kennedi Boatenqin “Neftçi”yə keçidi reallaşmayıb. Sport1.az-a daxil olan məlumata görə, Buxarest təmsilçisinin baş məşqçisi Jelko Kopiç 28 yaşlı toqolu müdafiəçinin komandada qalmasını istəyib.
Oyunçunun özü də "Neftçi"yə keçməkdə maraqlı olmayıb. Boatenq Azərbaycana gəlmək istəməyib. Müdafiəçi daha yaxşı liqada və komandada oynamaq istəyində olub.
Qeyd edək ki, Boatenqin “Dinamo” ilə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Onun "Transfermarkt" portalına görə dəyəri 1 milyon avro olaraq göstərilir.
Sport1.az