"Sumqayıt"ın rəsmi olaraq baş məşqçisinin adını açıqladı.Sport1.az xəbər verir ki, "kimyaçılar"ı Saşa İliç çalışdıracaq.
Serbiyalı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
47 yaşlı çalışdırıcının köməkçiləri də bəlli olub. "Sumqayıt"ın məşqçilər korpusunda 2 əcnəbi, 3 yerli mütəxəssis yer alacaq. Söhbət Veliçko Kaplanoviç, Darko Abradoviç, Şahin Abdullayev, Vurğun Hüseynov və Emil Babayevdən gedir.
Adları çəkilən digər əcnəbi mütəxəssislərlə də 1 illik müqavilə imzalanıb.
Sport1.az