"Sumqayıt"ın yeni baş məşqçisi bəlli olub.Sport1.az xəbər verir ki, "kimyaçılar"ı Saşa İliç çalışdıracaq. Məlumatı "RPL SKY" nəşri yayıb.
Serbiyalı mütəxəssis ötən mövsüm Rusiyada "Pari NN"ə rəhbərlik edib.
Onun komandası 22 oyundan 4 qələbə, 4 heç-heçə və 14 məğlubiyyətlə ayrılıb.
Mütəxəssis bu gün ölkəmizə təşrif buyuracaq. Tərəflər arasında razılaşmanın müddəti 2 ildir. Balkanlı özü ilə bura ən azı 2 köməkçi gətirəcək.
Sport1.az