Misli Premyer Liqasının 36-cı turu çərçivəsində "Səbail" “Sumqayıt”ı qəbul edib.Sport1.az xəbər verir ki, "kimyaçılar"ın məşqçisi Vurğun Hüseynov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyun barədə danışılası çox şey yoxdur. Futbolçular qısa müddətdə toparlandılar və meydana çıxıb qələbə qazandılar. Onlara təşəkkür edirəm. Bu 3 xal bizim üçün vacib idi. Ən azından bir pillə yuxarı qalxmaq şansımız var idi. Enişli-yoxuşlu nəticələrə görə azarkeşlərimizdən üzr istəyirik. Çünki bu nəticələr Sumqayıt şəhərinə, şəhərin tək komandasına yaraşmır. Azarkeşlərimiz gələcəkdə daha yaxşı "Sumqayıt" görəcəklər. - Sizi yeni baş məşqçinin korpusunda görəcəyik?- Bu barədə mənə heç nə deyilməyib. Gələcəkdə nələrin olacağını görəcəyik.
Sport1.az