“Real Madrid”in yeni baş məşqçisinin adına aydınlıq gəlib.Sport1.az xəbər verir ki, Madrid təmsilçisini Xabi Alonso çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb. Kontrakt iyunun 1-dən etibarən qüvvəyə minəcək.
Qeyd edək ki, İspaniyalı çalışdırıcının son iş yeri “Bayer 04” olub. Leverkuzen klubu Alonsonun rəhbərliyi altında tarixində ilk dəfə Almaniya çempionluğunu qazanıb və Avropa Liqasının final mərhələsinə qədər irəliləməyi bacarmışdı.
Sport1.az