Premyer Liqanın yeni mövsümünün startına 40 günə yaxın vaxt qalıb.Artıq kollektivlər 2025/26-cı "futbol ili"nə hazırlıqlarını sürətləndiriblər.
Demək olar ki, bütün iştirakçı komandaların baş məşqçiləri bəllidir.
Sport1.az-a daxil olan məlumata görə, "Sumqayıt"dakı bilinməzliyə də son qoyulub. "Kimyaçılar"ı Saşa İliç çalışdıracaq. Bu gün "Azərkimya"da klubun Müşahidə Şurasının iclası olub. Serbiyalı mütəxəssis üzvlərə təqdim olunub.
Baş məşqçi ilə əldə olunan anlaşma bağlı məlumat gün ərzində ictimaiyyətə açıqlanacaq.
Sport1.az