Cavid Hüseynovun Sport1.az-a müsahibəsi...- Təsisçisi olduğunuz “Cəbrayıl” I Liqada yerini qorumağı bacardı...- Çox ağır çempionat keçdi. Son turlara qədər I Liqanı hansı komandanın tərk edəcəyi bilinmirdi. Yalnız finişə bir tur qalmış “Qaradağ Lökbatan”ın II Liqaya yuvarlanacağı dəqiqləşdi. Bizim üçün də çempionat marafonu çox gərgin, əziyyətli keçdi. Şükürlər olsun ki, komandamızı I Liqada saxlaya bildik. “Cəbrayıl” mənim, Şahin Məmmədovun və Cəbrayılın icra başçısı Kamal Həsənovun köməkliyi sayəsində bu yerlərə çatıb. Çox sevincliyik.
- Gələn mövsüm komandanın hədəfi nə olacaq?- İndidən nəsə demək olmur. Çünki, sponsorsuz klubuq. Federasiyanın ayırdığı bəlli məbləğ və Şahin müəllimin sayəsində fəaliyyət göstəririk. Həqiqət naminə deməliyəm ki, Şahin Məmmədov komanda üçün çox fədakarlıqlar edib və edir. Ümid edirik ki, hər şey yaxşı olacaq. Sponsor axtarışlarımız davam edir.
- Gələn mövsüm Cavid Hüsenovu “Cəbrayıl”ın prezidenti, baş məqçisi postunda görəcəyik? Yoxsa alternativ təklifləriniz var?- “Səbail”dən ayrıldıqdan sonra ancaq “Cəbrayıl”a köməklik edirdim. Məqsədim komandanın II Liqaya yuvarlanmasına imkan verməmək idi. Klubda heç bir vəzifə sahibi deyildim. Məşqçi karyerama gəlincə, bu barədə danışmaq hələ tezdir.
- Səmimi deyin, təklifləriniz varmı? Adınız “Şəfa” ilə də hallanırdı…- (gülür) Real nəsə yoxdur…
MİRZƏ S.
Sport1.az