"Neftçi"nin qapıçısı Rza Cəfərov legioner həyatı yaşaya bilər.
Sport1.az xəbər verir ki, 22 yaşlı qolkiperə Rumıniyadan təklif var. Belə ki, adıçəkilən ölkənin "Dinamo" (Buxarest) komandası Azərbaycan millisinin üzvü üçün "ağ-qaralar"a təklif göndərib, lakin təmsilçimiz müsbət cavab verməyib.
Buxarest klubu növbəti dəfə fərqli şərtlərlə "Neftçi"nin qapısını döyəcək.
Sport1.az