Premyer Liqanın yeni təmsilçisi "İmişli" iddialı heyət formalaşdırmağı niyyətindədir. Sport1.az xəbər verir ki, bölgə təmsilçisi 4 yerli futbolçuyla razılaşıb. Söhbət 2024/25 mövsümündə komandanın heyətində çıxış edən Abbas Ağazadə, Xəyal Tomarov, İdris İnqilablı və Mehdi Tahirovdan gedir.
Bu oyuncuların hər biri ilə 1 illik müqavilə imzalanacaq.
EMİN ZEYNALLI
Sport1.az