"Barselona" 2025/26 mövsümündə iddialı heyət formalaşdırmaq istəyir.Sport1.az xəbər verir ki, Kataloniya təmsilçisi indidən yeni futbolçu axtarışlarına başlayıb.
La Liqa çempionunun hədəfindəki ilk şəxs "Liverpul"un 28 yaşlı oyunçusu Luis Diazdır. Səudiyyə Ərəbistan klublarınında maraq dairəsində olan futbolçunun meneceri ilə "Barselona" artıq danışıqlara başlayıb.
Qeyd edək ki, kolumbiyalı vinger bu mövsüm çıxdığı 50 oyunda 17 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az