“Səfərdə oynadığımız üçün çətin oyun olacağını gözləyirdik. Son dəqiqələrdə buraxdığımız qollarla məğlub olduq. Bir topu standart vəziyyətdən sonra qapımızda gördük. İkinci qolda da bəxtimiz gətirmədi. Top rəqib oyunçunun qabağına düşdü və o da fərqləndi”.Bu sözləri
Sport1.az-a açıqlamasında “Şamaxı”nın oyunçusu Rüfət Abbasov Misli Premyer Liqasının 34-cü turu çərçivəsində “Sabah”a qarşı oyun barəsində danışarkən bildirdi
Bölgə təmsilçisinin futbolçusu növbəti turlarda onları gözləyən “Qarabağ” və “Araz-Naxçıvan” ilə görüşlərdən də danışdı:
“Biz hər iki oyuna ciddi hazırlaşacağıq. Əsas hədəfimiz xal və xallar qazanmaqdır. Zaman göstərəcək”.Qeyd edək ki, “Sabah” - “Şamaxı” qarşılaşması meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
MURAD ABDULLAZADƏ
Sport1.az