“Sumqayıt” komandası baş məşqçi Vaqif Cavadovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Sport1.az xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayıb.
V. Cavadov bundan sonra klubun komandalarından birində məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Vaqif Cavadov bütün turnirlər daxil olmaqla “Sumqayıt”ı 28 oyuna çıxarıb (25 Premyer Liqa, 3 Azərbaycan Kuboku). Bu matçlarda komandamız 7 qələbə, 6 heç-heçə və 15 məğlubiyyətlə yadda qalıb.
Sport1.az