I Liqada çempionatın bitməsinə 6 tur qalıb. Hazırda “Qaradağ Lökbatan” 16 xalla turnir cədvəlinin dibindədir. Komanda son 5 oyunda heç-heçə edib.
Bakı təmsilçisinin hazırkı vəziyyəti ilə bağlı klubun direktoru Həsənov Bəbir
Sport1.az-a müsahibə verdi...
-
Hazırda turnir cədvəlinin zirzəmisindəsiniz. Sizcə, bu vəziyyətdən çıxa biləcəksiz?- Təəssüflər olsun ki, “qara zolaq”dayıq. Sonuncu pillədə qərarlaşmağı istəməzdik. Buna baxmayaraq komandamız meydanda əzmlə mübarizə aparır. I Liqada qalmaq üçün son tura kimi döyüşəcəyik.
-
Son turda doğma divarlar arasında “Mingəçevir”lə heç-heçə etdiz. Baş məşqçiniz Amit Quluzadə hakimlikdən gileyləndi və lehinizə haqlı penaltinin verilməməsini qabartdı. Bu barədə nə deyərdiz?- Əlbəttə ki, həmin epizoda bir neçə dəfə baxdıq və 11 metrlik cərimə zərbəsi təyin edilməliydi. Bu barədə AFFA-ya da rəsmi şikayətimizi etmişik. Tək “Mingəçevir” ilə oyunda deyil, bir neçə dəfə bu cür penaltilərimiz verilməyib.
-
Hakimlər sizə qarşı qərəzlidir, yoxsa peşəkarlıq istənilən səviyyədə deyil?- İnanmıram ki, referilər bizə qarşı qərəzlilik etsin. Amma hakim idarəçiliyinin peşəkarlıq səviyyəsində nöqsanlar var. Odur ki, I Liqada da VAR sisteminin tətbiq olunması yaxşı olardı. Nəticədə hamımız rahat olardıq.
-
Şər deməsən, xeyir gəlməz. Biliril ki, əsas istəyiniz çempionatda qalmaqdır. Məqsədinizə nail olmayıb, II Liqaya yuvarlansanız, planlarınız necə olacaq?- İnanmıram ki, klub olaraq aşağı liqada mübarizə aparaq. Təbii ki, bu barədə son qərarı hər şey bəlli olandan sonra rəhbərliyimiz açıqlayacaq.
-
Yəni, klub olaraq fəaliyyətiniz dayandıra bilərsiniz?- Bəli! Bu hal da istisna deyil.
Sport1.az