“Beşiktaş”ın sabiq futbolçusu Vinsent Aboubakar ilə yollar ayrılıb.Sport1.az xəbər verir ki, mövsümün əvvəlində “Hatayspor”a transfer edilən kamerunlu oyunçu ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.
Aboubakar Hatay klubu ilə 28 oyuna çıxıb və 8 qola, 2 məhsuldar ötürməyə imza atıb.
Qeyd edək ki, “Hatayspor”un aşağı liqaya düşəcəyi artıq dəqiqləşib.
Sport1.az