AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sport1.az xəbər verir ki, toplantıda Misli Premyer Liqasında XXX turun “Neftçi” – “Zirə” oyununda yaşananlara hüquqi qiymət verilib.
“Neftçi” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” klubu 700 manat cərimə edilsin (maddə 37);
“Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına görə “Neftçi” klubu 2000 manat cərimə edilsin (maddə 48.3);
Qeyd edək ki, "ağ-qaralar"ın fanaflarının Stefan Akaya qarşı irqçilik etməsini ölkə mediasında ilk olaraq Sport1.az yayıb.