AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sport1.az xəbər verir ki, II Liqanın XX turunda keçirilmiş “Şahdağ Qusar” – “Hypers Guba” oyununda yaşananlara hüquqi qiymət verilib.
Matç bitdikdən sonra “Hypers Guba” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers Guba” komandası 150 manat cərimə edilsin (maddə 52.2);
Sport1.az