Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirib.Sport1.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçi olduğu kollektiv Macarıstan yığmasını qəbul edib.
"Liv Bona Dea Arena"da təşkil olunacaq oyun saat 20:00-da başlayıb. Qarşılaşmanı Viktor Şimusikin rəhbərliyi altında macarıstanlı hakimlər briqadası idarə edib.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də səfərdə Latviya ilə qarşılaşmada qolsuz heç-heçə edib.
Yoldaşlıq görüşü
10 iyun
20:00. Azərbaycan - Macarıstan 1:2
Qol: Barbanaş Varqa, 4 (0:1). Renat Dadaşov, 8 (1:1). Dominik Soboslai, 33 (1:2).
Baş hakim: Viktor Şimusik (Belarus)
Baş hakimin köməkçiləri: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)
Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)
Liv Bona Dea Arena.
Sport1.az