AVRO-2026-nın əsas mərhələsi çərçivəsində futzal üzrə Azərbaycan millisinin aprelin 11-də səfərdə İsveçlə, 4 gün sonra – aprelin 15-də Bakıda Xorvatiya yığması ilə keçirəcəyi oyunlara təyinatlar açıqlanıb. Sport1.az xəbər verir ki, səfərdəki görüşü İngiltərədən, Bakıdakı qarşılaşmanı isə Kiprdən olan hakimlər briqadası idarə edəcək.
İsveç – Azərbaycan11 aprel. Helsinqborq Arena. Saat 21:00
Hakimlər: Peter Nurse, Jordan Griffiths, Oliver Rodriguez-Ballinger
(Hakimlər briqadası İngiltərədəndir)
Hakim-inspektor: Boqdan Sorescu (Rumıniya)
Timekiper: George Jansizian (İsveç)
Azərbaycan – Xorvatiya15 aprel. Bakı İdman Sarayı. Saat 20:00
Hakimlər: Yianqos Yianqou, Nikolas Nikolaou, Theoçaris Theoçarous
(Hakimlər briqadası Kiprdəndir)
Hakim-inspektor: Gjergji Bitri (Malta)
Sport1.az