Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək. Sport1.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda Belarus yığması ilə üz-üzə gələcək.
"Bank Respublika Arena"dakı qarşılaşma saat 21:45-də start götürəcək. Görüşü gürcüstanlı Aleko Aptsiaurinin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.
Yoldaşlıq oyunu
25 mart
21:45. Azərbaycan - Belarus
Baş hakim: Aleko Aptsiauri (Gürcüstan)
Bank Respublika Arena
Qeyd edək ki, millimiz martın 22-də Sumqayırda Haiti seçməsinə üç cavabsız qolla uduzub.
Sport1.az