Bu gün futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə səfərdə Latviya yığması ilə qarşılaşıb.Sport1.az xəbər verir ki, Riqadakı “Skonto” stadionunda qonaq olacaq milli 2025-ci ildəki üçüncü oyununda qələbə qazana bilməyib.
Portuqaliyalı baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında Azərbaycan yığması hələ buna nail ola bilməyib.
Matç saat 17:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi Riqa səfərindən sonra daha bir yoldaşlıq görüşünü iyunun 10-da "Liv Bona Dea Arena"da Macarıstana qarşı keçirəcək.
7 iyun
Yoldaşlıq görüşü
17:00. Latviya - Azərbaycan - 0:0 Baş hakim: Trustin Farrugia Kann (Malta)
Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta)
Dördüncü hakim: Vitali Spasyonņikov (Latviya)
Riqa, "Skonto" stadionu.
Sport1.az