"Cəbrayıl"ın qapıçısı Ümid Cəfərovun Sport1.az-a müsahibəsi...- I Liqanın son turunda “Zaqatala” üzərində əzmkar qələbə qazandınız. Qarşılaşma ilə bağlı nə deyə bilərsən?- Şükürlər olsun ki, qələbə qazanan tərəf biz olduq. Qazandığımız 3 xal bizim üçün çox vacib idi. Çətin oyun oldu. Məşqçimizin bizə verdiyi tapşırıqları düzgün yerinə yetirərək nəticədə qalib gəlməyi bacardıq.
- Görüşün ən yaxşılarından biri də sən idin. Öz performansınla bağlı nə deyə bilərsən?- Hər oyun komandam üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışıram. Öz üzərimdə çox işləyirəm. Növbəti mövsüm yenə bu tempdə davam edərək ən yaxşılardan olacağıma əminəm.
- Artıq mövsümü bu oyunla başa vurdunuz. Bu il sizin adınıza necə keçdi?- Enişlər, çıxışlar çox olsa da, I Liqada qalmaq uğrunda mübarizəni uğurla başa vurduq. Düşünürəm ki, mövsüm bizim adımıza çətin keçsə də, əziyyətimizin bəhrəsini gördük.
- Gələn mövsümdəki planlarınız nədir?- Daha yuxarı pillələr uğrunda mübarizə aparmağı düşünürük. Yalnız bu məqsəd uğrunda döyüşüb, əlimizdən gələni etməyə çalışacağıq.
EMİN ZEYNALLI
Sport1.az