İngiltərənin “Liverpul” klubu iki oyunçunu heyətinə qatmaq istəyir.Sport1.az xəbər verir ki, hər iki oyunçu hazırda Almaniyada Bundesliqasında çıxış edir.
Bunlar “Bayer”in üzvü Ceremi Frimponq və Frankfurt “Ayntraxt”ının oyunçusu Ansqar Knauffdur. Frimponqun transfer dəyəri 40 milyon avro olaraq qiymətləndirilir. Knauffun qiyməti isə 25 milyon avrodu.
Artıq hər iki klubun rəhbərliyi ilə danışıqlara start verilib. “Liverpul” bu keçidləri yayda həyata keçirmək niyyətindədi.
Sport1.az