İngiltərənin "Çelsi" klubunun futbolçusu Enzo Fernandes karyerasını İspaniyada davam etdirə bilər.Sport1.az "TEAMtalk"a istinadən xəbər verir ki, "Real" 24 yaşlı yarımmüdafiəçini heyətinə qatmağı planlaşdırır.
London təmsilçisi argentinalı oyunçunu hələlik satmaq istəmir.
Qeyd edək ki, Fernandesin "zadəganlar"la müqaviləsi 2032-ci ilin yayınadək qüvvədədir.
Sport1.az