İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski 36 yaşından sonra La Liqada 21 qol imza atıb.Sport1.az xəbər verir ki, polşalı hücumçu son olaraq ötən gün "Osasuna" ilə matçda (3:0) da rəqib qapısına yol tapıb.
Forvard Avropanın aparıcı çempionatlarında 36 yaşdan sonra bir mövsümdə 20-dən çox qol vuran ikinci oyunçudur.
Rekord isə Luka Toniyə məxsusdur. İtaliyalı forvard 2014/15 mövsümündə “Verona”nın heyətində 22 qol vurub.
Sport1.az