"Yuventus" və “İnter” klublarının sabiq oyunçusu Antonio Kandreva karyerasını başa vurduğunu açıqlayıb.
Sport1.az xəbər verir ki, İtaliya millisinin keçmiş yarımmüdafiəçisi 38 yaşında bu addımı atıb.
Onun son klubu ötən ilin yayında ayrıldığı “Salernitana” olub.
Qeyd edək ki, Antonio Kandreva İtaliya millisinin heyətində 54 oyunda 7 qolla yadda qalıb. O, 2014-cü ildə Braziliyada keçirilmiş dünya və 2016-cı ildə Fransada təşkil edilmiş Avropa çempionatlarında iştirak edib.
Sport1.az