"Atletiko" "Vilyarreal"ın yarımmüdafiəçisi Aleks Baena ilə maraqlanır.
Sport1.az xəbər verir ki,transferə ilkin razılığı futbolçunun özü verib. Öz növbəsində, "Atletiko" "sarı sualtı qayıqlılar"ın Aleksi lazım olan hər vasitə ilə saxlamaq istəyinə baxmayaraq, transferi həyata keçirməkdə qərarlıdır.
Baena 2022-ci ilin yayından “Vilyarreal”ın şərəfini qoruyur.
Sport1.az