Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Salih Özcan karyerasını Türkiyədə davam etdirə bilər. Sport1.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
“Qalatasaray” Türkiyə millisinin yarımmüdafiəçisini heyətinə qatmaq istəyir. İstanbul təmsilçisi oyunçu üçün “Borussiya”ya müraciət də edib.
Ölkə çempionu transferi yayda reallaşdırmaq niyyətindədir. 2022-ci ildən “Borussiya”nın formasını geyinən Salihin bu klubla müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
Sport1.az