17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası martın 11-dən 14-dək Bakıda təlim-məşq toplanışı keçirəcək.Sport1.az xəbər verir ki, millimiz martın 14-də, saat 13:00-da, “Kapital Bank Arena”da “Sumqayıt”ın U-19 komandası ilə yoxlama oyununda üz-üzə gələcək.
U-17 martın 15-dən 25-dək Albaniyada Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək. Komandamız B Liqasının 6-cı qrupunda meydan sahibləri və Uelsin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Milliyə çağırılan futbolçular və oyunların təqvimi ilə tanış ola bilərsiniz:
Rauf Əyyubov (Sabah), Elbrus Kərimov (Marcet, İspaniya), Murad Qurbanov (Zirə), Həzrət Səmədov (Sabah), Səttar Tahirzadə (Marcet, İspaniya), Tuncay Əhmədov (Marcet, İspaniya), Amin Rzayev (Qarabağ), Fərid Cabbarlı (Zirə), Nadir Nəsibli (Marcet, İspaniya), Muhamməd Çodarov (Marcet, İspaniya), Tunar Muradov (Turan Tovuz), Əli Qazibəyov (Qarabağ), İbrahim Babayev (Servette 1890, İsveçrə), Vüsal Kərimov (Neftçi), Abdulaziz Cabbarlı (Qarabağ), Ariz Kərimov (Qəbələ), Tunar Rzayev (Marcet, İspaniya), İslam Həsənov (Graficar, Serbiya), Əhməd Vəliyev (Qarabağ), Əli İbrahim (Qarabağ)
19 mart
18:00. Azərbaycan – Albaniya
“Elbasan Arena”
22 mart
15:00. Uels – Azərbaycan
“Elbasan Arena”
Sport1.az