ABŞ-də təşkil olunan klublararası dünya çempionatında B qrupunun növbəti matçında Fransanın PSJ klubu Braziliya təmsilçisi "Botafoqo" ilə üz-üzə gəlib.
Sport1.az xəbər verir ki, görüş cənubi amerikalıların minimal hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 36-cı dəqiqədə İqor Jesus vurub.
Bununla da, "Botafoqo” 6 xalla B qrupunun vahid liderinə çevrilib. İkinci və üçüncü yerləri hesablarında 3 xal olan PSJ və İspaniyanın "Atletiko Madrid” klubları bölüşür. Qrup sonuncusu olan ABŞ-nin "Sietl Saunders" klubunun hesabında xal yoxdur.
Qeyd edək ki, B qrupunun digər oyununda "Atletiko Madrid” klubu “Sietl Saunders"i 3:1 hesabı ilə məğlub edib.
Sport1.az